ŞOK: İnsan 500 il yaşaya bilər

11 Mart 2015 15:14 (UTC+04:00)


AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı TASS agentliyi "Google Ventures" Fondunun prezidenti Bill Merisə istinadən yayıb.

"Mən hesab edirəm ki, tibbin və biomexanikanın inkişafı nətcəsində hər bir insan 500 il yaşaya bilər. Hazırda bununla bağlı layihəni maliyyələşdiririk. Üstəlik xərçəng xəstəliyi də daxil olmaqla, insanların genetik və diaqnostik xəstəliklərinin nədən yarandığını öyrənməyə çalışırıq. Bunun üçün bizdə ən müasir alətlər var və inanırıq ki, istəyimizə çatacağıq", - deyə Bill Meris bildirib.