Messinin yalanı çıxdı

6 Oktyabr 2012 07:57 (UTC+04:00)
"Barselona"da forma geyinən Lionel Messinin ata olmağı ilə bağlı informasiya böyük əks-səda doğurub. AzNews.az Fanat.az-a istinadən xəbər verir ki, Lionel və yoldaşı Antonellanın dünyaya gələn oğlanlarına Tyaqu adını verdiyi bildirilmiş, hətta onun şəkli də göstərilmişdi.

Argentinalı hücumçunun xeyriyyə təşkilatı bu məlumatı təkzib edib. Onlar "facebook" sosial şəbəkəsində Messinin ailəsindən bəyanat verib: "Lionel və onun ailəsi bütün hamıya bu məlumata görə minnətdardır. Ancaq Messinin oğlunun olmağı ilə bağlı yayılan məlumat yalandır".

Elman Bakuvi
AzNews.az