Gəncədə “Əli və Nino” parkı salınır

11 Mart 2015 16:43 (UTC+04:00)

AzNews.az xəbər verir ki, park Gəncəçayın sağ sahilində salınan bulvar ərazisində tikiləcək. Burada əsərin qəhrəmanlarının heykəli qoyulacaq. Həmin adda kitab evi, kafe olması da nəzərdə tutulur.

Qeyd edək ki, park-bulvar kompleksində tikintinin birinci mərhələsinə bu il ərzində yekun vurulacaq.

Bu park-bulvarda "Əli və Nino" park kompleksi ilə yanaşı qapalı və açıq uşaq əyləncə mərkəzi inşa edilir, eyni zamanda, artıq tikintisi başa çatmaq üzrə olan Mətbuat Mərkəzi fəaliyyət göstərəcək.