12 yaşlı qız intihar etdi

11 Mart 2015 18:19 (UTC+04:00)


APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, hadisə Armavir vilayətinin Ayqeşat kəndində baş verib.

Yeniyetmə özünü yaşadığı evin mətbəx otağında asıb.

Kəndin ağsaqqalı Aramais Mxitaryan bildirib ki, intihar edən qız milliyyətcə yezidi kürdüdür.