Vergilər Nazirliyi 18 minə yaxın müraciəti cavablandırdı

11 Mart 2015 18:40 (UTC+04:00)


Nazirliyin Analitik-informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, həmin müraciətlərin 52,5%-i Vergi Məcəlləsi (vergi nəzarəti tədbirləri, şəxsi hesab vərəqəsi, vergi orqanlarının fəaliyyəti, vergilərin ödənilməsinin ümumi müddəaları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət tədbirləri, vergi agenti və s.), 17,7%-i nazirliyin səlahiyyətlərində olan, lakin Vergi Məcəlləsi ilə tənzimlənməyən məsələlər (elektron xidmətlərin proqram təminatları, mesajların mətni, arayışlar, elektron imza, asan imza, əmək müqavilələri, işə qəbul və s.), 13,2%-i gəlir vergisinin, 7,3%-i əlavə dəyər vergisinin, 3,4%-i sadələşdirilmiş verginin hesablanması, ödənilməsi və bəyannamənin təqdim edilməsi, qalanları isə digər məsələlər barədə olub.

Hesabat dövründə vergiödəyicilər 2269 dəfə vergi borcu, 1092 dəfə isə vergi növləri barədə məlumat əldə etmək üçün səsli menyu xidmətindən istifadə ediblər. Vergiödəyicilərə 37 606, o cümlədən 35 972 qısa, 1634 ikitərəfli mesaj xidməti göstərilib.

Fevral ayı ərzində Vergilər Nazirliyinin rəsmi internet səhifəsinə 376 919 daxilolma qeydə alınıb.