Sabah hava necə olacaq?

6 Oktyabr 2012 15:32 (UTC+04:00)


Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentindən AzNews.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 16-19, gündüz 25-29 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında isə gündüz əsasən yağmursuz hava şəraitinin hökm sürəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Gecə 16-21, gündüz 27-32, dağlarda gecə 8-13, gündüz 18-23 dərəcə isti qeydə alınacaq.

İlkin
AzNews.az