Azərbaycanda ovçuluq edən ərəb şeyxləri

11 Mart 2015 23:17 (UTC+04:00)


ANS PRESS xəbər verir ki, bu haqda haqqin.az məlumat yayıb.

Ərəb şeyxləri Azərbaycanda tərlan ovu ilə məşğul olublar, onlar Kür ətrafında vadidə çadırlarda yaşayıblar.

Yerli təbiət və kənd sakinlərinin sadəliyi ərəblərin o qədər xoşuna gəlib ki, onlar burada torpaq sahəsi almaq arzusunu bildiriblər. Azərbaycanda olduğu zaman ərəb şeyxləri İmişli çöllərində də olublar.

Xatırladaq ki, 4 il əvvəl Küveytin sabiq əmiri və indiki əmirin atası Azərbaycanda olub. Əmir Hacıqabul ərazisində ov edib və həmçinin çadırlarda gecələyiblər.