Şeyxin idarəsində daha bir qiymət artımı – Kərbəla ziyarəti də bahalaşdı

12 Mart 2015 12:06 (UTC+04:00)

Bu barədə məlumatı AzNews.az-a Kərbəlaya ziyarət edən zəvvarlar veriblər. Onların sözlərinə görə, martın əvvəllərində İraqa yola düşməli olan şəxslər əvvəlcədən 450 AZN ödəyibmişlər. Lakin fevralın 21-də Mərkəzi Bankın manatla bağlı məlum qərarından sonra zəvvarlar əlavə olaraq 100 AZN də ödəniş etməli olublar.

Məsələ ilə əlaqədar Kərbəla ziyarəti üçün zəvvar qrupunu yığan təşkilatçılardan biri Maral Bağırova ilə əlaqə saxladıq. O, qiymət artımını dolların qalxması ilə izah etdi: "Biz qrupu yığandan sonra qiymət qalxdığı üçün gedəsi olmadıq. Amma digər qrup rəhbərləri ziyana düşməmək üçün zəvvarlardan əlavə ödəniş alıblar. Çünki orada otel pulu və digər xərclər dollarla ödənilir. Qrup rəhbərləri də məcburi olaraq zəvvarlardan 100 AZN artıq alıblar".

Qiymət artımı ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsi ilə əlaqə saxlamağa çalışsaq da, telefonlarımıza cavab verən olmadı.

Nigar