Nemtsovun qızı danışdı: “Rusiya müxalifəti başsız qaldı”

12 Mart 2015 14:07 (UTC+04:00)

AZNEWS.AZ xəbər verir ki, o, bu yaxınlarda Rusiyaya gələcəyini və atasının qətli ilə bağlı kitab yazacağını deyib.

Janna Nemtsovanın fikrincə, qətlin məhz Kremlin yaxınlığında törədilməsi onun siyasi xarakterli olduğundan xəbər verir: "Və bir daha sübut edilir ki, Kremldə ondan qorxurdular. İstənilən diktator hakimiyyətdə qaldıqca, onda qorxu yaranır. Rusiyanın xüsusi xidmət orqanlarının əməkdaşları atama gücə-gündüz nəzarət edirdilər. Belə olan halda onun necə öldürülməsi ağlabatan deyil. Nəticə isə budur ki, qətli həyata keçirənlər tapılmayacaq. İndi guya deyirlər ki, atamın qatilini tutublar. Ancaq belə məsələlərdə sadəcə kimisə tutub cəzalandırırlar. Rusiya məhkəmələrinə isə heç inamım yoxdur. Atamdan sonra Rusiya müxalifəti başsız qalıb. Daha bundan sonra Putinin real rəqibi yoxdur. Atama Ukraynadakı müharibəni dayandırmaq yolunda etdiyi fədakarlığa görə Nobel Sülh mükafatı verilməlidir".