Bakıda ağır yol qəzası

6 Oktyabr 2012 19:45 (UTC+04:00)
Bu dəqiqələrdə Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib. Nəsib bəy Yusifbəyli küçəsində 90 CC 466 dövlət nömrə nişanlı "Mercedess" markalı avtomobil, 90 RE 86 dövlət nömrə nişanlı "Lada 2172" markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. AzNews.az-ın hadisə yerində olan əməkdaşının sözlərinə görə, əraziyə Yol Polisi əməkdaşları gəlib, qəzanın baş vermə səbəbləri araşdırılır.

Gülnar Ağayeva
AzNews.az