Bilik Fondu jurnalisti şagirdlərlə görüşdürdü - Tovuzda

12 Mart 2015 15:39 (UTC+04:00)


AzNews.az xəbər verir ki, şagirdlər arasında dövlət atributlarının təbliğ edilməsinə həsr olunmuş görüş Azərbaycanın dövlət himninin ifası ilə başlayıb.

Daha sonra şagirdləri salamlayan S. Verdizadə Azərbaycanın istiqlaliyyətinin bərpası uğrunda aparılan mübarizə haqqında məlumat verərək, müstəqil dövlət quruculuğunu xalqımızın ən böyük tarixi uğuru kimi qiymətləndirib.

Ölkənin müstəqilliyini simvolizə edən əsas elementlərin müvafiq dövlət atributları – Bayraq, Gerb və Himn olduğunu diqqətə çatdıran S. Verdizadə həmin rəmzlərin mənasını şagirdlərə ətraflı izah edib.

S. Verdizadə çıxışdan sonra şagirdlərin çoxsaylı suallarını cavablandırıb.