Müdafiə Nazirliyində AŞPA nümayəndəsi ilə görüş keçirildi- FOTO

12 Mart 2015 19:44 (UTC+04:00)


AzNews.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, müdafiə nazirinin şəxsi heyət üzrə müavini, general-leytenant Kərim Vəliyev münaqişə bölgəsində gərginliyin artması ilə bağlı hesabat hazırlamaq məqsədilə Azərbaycanda ikigünlük səfərdə olan qonağa regiondakı hərbi-siyasi vəziyyət, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı geniş məlumat verib.

Görüşdə R. Valteri maraqlandıran bir sıra suallar ətraflı cavablandırılıb.