Boks tarixinin ən bahalı görüşü- FOTOLAR

12 Mart 2015 23:15 (UTC+04:00)


Trend-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ABŞ-da 5 il davam edən danışıqlardan sonra boksçular rinqdə görüşməyə razılıq veriblər.

Qarşılaşmanın pul mükafatı 250 milyon dollardır. Bu, boks tarixinin ən bahalı görüşü olacaq. "Pak-Man" ləqəbli 36 yaşlı Filippin əsilli M.Pakyao deyib: "Allaha bizə bu fürsəti verdiyi üçün şükr edirəm. Hamı bilməlidir ki, Tanrı məni heç kim olduğum halda bu səviyyəyə gətirdi".

Məğlub olmamış "Pul" ləqəbli 37 yaşlı amerikalı F.Meyuezer isə bildirib: "Atama və mənə dəstək verən heyranlarıma təşəkkür edirəm. Sizin dəstəyiniz sayəsində bu səviyyəyə çatmışam. Əsrin qarşılaşması bizi gözləyir".

Rəqiblər arasında əldə edilən razılaşmaya əsasən, F.Meyuezer mükafatın 60 faizini, M.Pakyao isə 40 faizini alacaq. Qarşılaşmanın biletləri 1500-7500 dollar arasında dəyişir.