Qənirə Paşayevadan müəllim-fəhlə məsələsinə REAKSİYA

12 Mart 2015 23:59 (UTC+04:00)

"Müəllim sözü dünyada ən müqəddəs sözlərdən biridir. Hamımızın həyatında müəllimlərimizin misilsiz rolu var. İki müəllimin övladı olaraq bu peşənin nə qədər çətin və məsuliyyətli olduğunu yaxşı bilirəm. Gerçək müəllimlik fədakarlıq tələb edir və biz hamımızın əldə etdiyimiz uğurlarımızda onların böyük əməyi var. Müəllimlərə və bu sözə cəmiyyətimizdə sevgi, sayğı daha da artmalıdır və müəllimlərimizin qayğı və problemləri, onların həlli bizim üçün ən önəmli məsələlərdən biri olmalıdır. Cəmiyyət müəlliminə verdiyi dəyərlə daha da inkişaf edə bilər. Öz müəllimlərim də daxil olmaqla,bütün dəyərli müəllimlərin qarşısında baş əyirəm və hər zaman sizin yanınızda olmaq bizim borcumuzdur deyirəm. Allah bütün dəyərli müəllimlərimizə yardımçı olsun!"