İki federasiya arasındakı qalmaqalın səbəbləri açıqlandı

7 Oktyabr 2012 07:10 (UTC+04:00)
"Alpinizm Federasiyasının yaydığı məlumat ən azı heyrət doğurur. Bu, faktları təhrif etmək və ağrımayan başı ağrıtmaq cəhdindən başqa bir şey deyil. Alpinizm Federasiyası adından çıxış edənlər əslində bu təşkilatda kiçik bir qrupda birləşən idman həvəskarlarının ziyanına olaraq düşünülmüş sabotajla məşğul olur". Bu açıqlamanı AzNews.az-ın son günlərdə Alpinizm Federasiyasının yaydığı bəyanatlarla bağlı sualına cavab olaraq, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) mətbuat xidmətindən verilib.
Qeyd edək ki, bu yaxınlarda Gənclər və İdman Nazirliyi və FAİREX-in təşkilatçılığı ilə xarici ölkə idmançılarının da iştirakı etdiyi idman dırmanması üzrə növbəti ölkə çempionatı keçirilib. Alpinizm Federasiyası adından çıxış edən şəxslərin təxribatına baxmayaraq çempionat uğurla başa çatıb: "Məhz belə çempionatlar nəticəsində milli yığma formalaşır və idmançılar beynəlxalq yarışlarda iştirak hüququ alırlar. Nəticədə isə, bu yoldaşlar naməlum təkəbbürləri sayəsində öz idmançılarını bu hüquqlardan məhrum edirlər. Bu təkcə illər ərzində təkrarlanan yeganə hadisə deyil. İdmana yaraşmayan davranışa nümunə bu qrup yoldaşların etdikləridir - sivil cəmiyyətə yaraşmayan vasitələrlə ədavət və yalan əsaslı kampaniyalar aparır, ölkəmizdə FAİREX və Gənclər və İdman Nazirliyi tərəfindən həyata keçirilən sistemli işə qısqanclıqla yanaşırlar. Dağ idmanı işinə ziyan haqqında intriqa çirkabında olan, daima özlərinə heç bir aidiyyəti olmayan klublardan idmançılar cəlb edənlər danışır. Ziyanvericilik əslində, onların təsiri altında olan idmançıların Hava və Ekstremal İdman Növləri Federasiyası tərəfindən təşkil olunan ümummilli yarışlardan təcrid olunmasıdır. Ziyanvericilik FAA-da başqalarına qarşı yaranmış ədavət atmosferidir, Sovet dövründən qalan avadanlığın talan edilməsi (bu ki, FAA-nın tarixi və fəaliyyətinin bir hissəsidir), ölkə qanunlarına tam hörmətsizliyin nümayişi, ölkə təbiətinə və dağlarına laqeyd yanaşmanı başqalarının adına yazmasıdır. Düşünürük ki, FAA bütün bunlar haqqında ciddi düşünməli, havaya sözlər atmaqla məşğul olmamalıdır".
Federasiyadan onu da bildiriblər ki, Akif Rüstəmov adına keçirilən turnirə gəldikdə, qoy Alpinizm Federasiyası adından çıxış edən yoldaşlar bir daha ürək bulandırmasınlar və idmana yaraşmayan davranışdan və ziyanvericilikdən danışmasınlar: "Gör kim nə deyir. FAİREX-ə məktub, turnirin elan olunmasından cəmi bir neçə gün əvvəl daxil olmuşdu. Bundan əvvəl isə onlar təkidlə FAİREX-in klub rəhbərləri və idmançılarının evinə zəng edib turnirdə iştirakla bağlı separat danışıqlar aparmağa cəhd ediblər. İdmançılarımızı nəyəsə razı salmaq üçün pərdəarxası aparılan belə danışıqlar çoxdan və dəfələrlə həyata keçirilib. Hətta bu yoldaşlar hansısa nəticələr əldə etdiyi hallarda belə, bununla təmiz idman mühitini necə zəhərləndirdiklərini başa düşmürdülər. Onlar bu ədəb-ərkandan kənar hərəkətləri təsadüfən, çaş-baş düşərək etməyiblər. Başa düşürlər ki, belə şeyləri aşkar etmək utancvericidir (hərçənd istənilən halda bu onlara şərəf gətirmir).
FAİREX-in klub nümayəndələri belə dəvətin məqsədəuyğunluğuna şübhəylə yanaşdıqlarını bildirdikdən sonra FAA-dan olan yoldaşlar FAİREX-ə məktubla müraciət ediblər. Alpinizm Federasiyasının rəhbərliyi ilə görüşərək bu ekvilibristkanı aydınlaşdırmaq üçün FAİREX öz idarə heyətinin üzvü olan hörmətli dağ idman veteranı Valeri Bağırovu müvəkkil edib. Əlaqə yaratmaq üçün V.Bağırov tərəfindən edilən bütün cəhdlər divara dirənib. Onunla heç kim əlaqə saxlamayıb. Bu bir daha FAİREX tərəfindən sağlam idman naminə əməkdaşlıq üçün çoxsaylı müraciətlərə cavab olaraq heç olmasa Akif Rüstəmovun xatirəsinə görə səmimi işçi əlaqələrinin qurulması istəyinin olmamasından söhbət getdiyini təsdiq edir. Belə bir təəssürat yaranır ki, bu növbəti primitiv oyundur. Bu zamana qədər isə, Akif Rüstəmovu şəxsən tanıyan FAİREX idmançılarının müraciəti əsasında onun xatirəsinə ehtiram əlaməti olaraq FAİREX turnir keçirməyi qərara almışdı. Heç kim vaxtsız dünyasını dəyişmiş yaxşı idmançını anmaq hüququnu özəllləşdirə və ya qadağan edə bilməz ( məgər bu haqda institusional qərar var?)
Biz, ölkə üzrə 30-dan artıq klubu özündə birləşdirmiş və ölkənin gəncləri üçün dağ idman növlərinin inkişafına məsuliyyəti üzərinə götürmüş (bu idman növünün çətin dövründə) böyük təşkilat olaraq hansısa bazar qiyməti naminə hər şeyi etməyə hazır olan belələrinin məqsədini anlaya bilmirik. Yəqin ki, gələcəkdə Akif Rüstəmov kimi idmançıların xatirəsi iki deyil, daha artıq sayda tədbirlərlə anılar və bu daha yaxşı olar.
Akif Rüstəmovun qohumları tərəfindən bizə heç bir müraciət olmayıb. Əgər olarsa, biz onlara hər şeyi hörmətlə izah etməyə hazırıq.
Heyf ki, bu insanın xatirəsi özünü boş-boşuna və möhtəkircəsinə təsdiq üçün səs-küylü cəhdlərdə istifadə olunur. Bu həqiqətən ciddi deyil".
Yeri gəlmişkən FAİREX tərəfindən keçirilən Akif Rüstəmovun xatirəsinə həsr olunan turnirin təşkilat komitəsinin rəhbəri onun şəxsi dostu və FAİREX-in klub rəhbəri Mövlud Əzizovdur.

AzNews.Az