Məşqçilərimiz Rusiyaya gedir

7 Oktyabr 2012 10:27 (UTC+04:00)

Oktyabrın 12-də Rusiyanın paytaxtı Moskvada Rusiya və Portuqaliya milli komandaları arasında DÇ- 2014-ün seçmə mərhələ oyunu keçiriləcək. AzNews.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan milli komandasının baş məşqçisinin köməkçiləri Nazim Süleymanov və Olaf Yansen həmin qarşılaşmanı izləyəcək.

Xatırladaq ki, DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində oktyabrın 16-da, Moskvadakı "Lujniki" stadionunda millimiz Rusiya yığması ilə qarşılaşacaq.

Elman Bakuvi
AzNews.az