Avtomobil oğrusu tutuldu

13 Mart 2015 13:35 (UTC+04:00)


AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

Dekabrın 4-də Paşa Umudova məxsus "VAZ-2106" markalı avtomobil qaçırılıb.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, oğurluq Bakı şəhər sakini Ramiz Kərimzadə tərəfindən törədilib.


O, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi, Nərimanov RPİ və Xətai RPİ əməkdaşları tərəfindən ələ keçirilib.