Kafedra müdirinin işi məhkəmədə – 65 min manatlıq rüşvət

13 Mart 2015 16:35 (UTC+04:00)


Baş Prokurorluqdan AzNews.az-a verilən məlumata görə, istintaq zamanı Vaqif Rəhimov qeyd edilən universitetin Ekologiya və Təbiəti Mühafizə kafedrasının müdiri vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edib. O, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə Bakı şəhəri və Ağdaş rayon sakinlərinin övladlarını ayrı-ayrı ali təhsil müəssisələrinə qəbul etdirməyə söz verib.

Etibardan sui-istifadə etmə və aldatma yolu ilə 65 min manat məbləğində özgə əmlakını ələ keçirməsində şübhələr üçün əsaslar olduğundan V. Rəhimov Cinayət Məcəllənin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunub.

Vətəndaşlara vurulmuş maddi ziyanın 34 min manatının istintaq müddətində ödətdirilməsi təmin edilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.