Regionlarda treninqlər keçirildi

13 Mart 2015 20:15 (UTC+04:00)


İqtisadiyyat və Sənaye Nazirliynin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, ekoloji təmiz kənd təsərrüfatının inkişafı, logistika mövzularında təşkil edilmiş treninqdə ekoloji təmiz kənd təsərrüfatının ümumi prinsipləri, bu sahədə beynəlxalq təcrübə, ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsal edən müəssisələrin təşkili, logistikanın növləri, logistik idarəetmə, logistik mərkəzlərin yaradılması və s. barədə məlumat iştirakçıların diqqətinə çatdırılmışdır.

Martın 13-də isə Qazaxda Bakı Biznes Tədris Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün "Qazax rayonunda üzümçülüyün inkişaf perspektivləri", "Marketinq" mövzularında treninq keçirilmişdir.

Tədbirdə iştirakçılara "2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı", kənd təsərrüfatında ixtisaslaşmanın xüsusiyyətləri, ekoloji təmiz üzüm istehsalının təşkili prinsipləri, ekoloji təmiz üzüm məhsullarını istehsal edən müəssisələrin təşkili qaydaları, marketinqin növləri, prinsipləri və istiqamətləri, istehsal olunacaq məhsulların keyfiyyəti və çeşidi, satışın təşkili və idarə edilməsi, reklam fəaliyyəti, brend məhsullar və s. barədə məlumat verilmişdir.

Bundan başqa, treninqlərdə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar, həmçinin investisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi və s. barədə məlumat iştirakçıların diqqətinə çatdırılmışdır.

Treninqlərdə mövzular üzrə təqdimatlar keçirilmiş, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanmış, onları maraqlandıran suallar cavablandırılmışdır.