Hippokratın dəyər verdiyi göyərti

13 Mart 2015 22:07 (UTC+04:00)
Elə bu gün də tərə zəngin vitamin və minerallar mənbəyi kimi xalq təbabətində geniş tətbiq olunur.

Modern.az saytı sağlamlıqla bağlı növbəti yazıda tərə göyərtisinin faydalarını təqdim edir.

Tərə qaraciyərin, öd kisəsinin və böyrəklərin fəaliyyətinə müsbət təsir göstərən bitkidir.

Qanın zərərli maddələrdən təmizlənməsi üçün bu bitki ən yaxşı vasitələrdən biridir.

Həmçinin tərə sidik kisəsində və böyrəklərdə olan qumları da təmizləyir.

Tərənin orqanizmə olan faydalarından biri həzm sisteminə müsbət təsiri, həzmi asanlaşdırmasıdır.

Tərkibində çoxlu miqdarda dəmir olduğundan qanazlığı zamanı tərə olduqca xeyirlidir.

Bu göyərti kişilərdə cinsi fəaliyyəti gücləndirir.

Tərə bitkisindən müntəzəm istifadə edildikdə dəri gözəlləşir, kənar təsirlərdən qorunur.

Şəkərli diabetlərə qida rasionlarına tərə göyərtisinin daxil edilməsi məsləhət görülür. Belə ki, o qanda şəkərin miqdarını tənzimləyir.

Orqanizmin immun sistemini gücləndirmək üçün tərə ən yaxşı təbii vasitələrdən biridir.

Siqaret çəkənlər üçün tərə xüsusilə faydalıdır. O, nikotinin ziyanını azaldır, bronxları təmizləyir.

Tərənin daha bir faydalı xüsusiyyəti sinirləri sakitləşdirməsidir.

Tərə göyərtisindən az miqdarda istifadə edilməlidir.

Yaz fəslində orqanizmin vitaminlərə daha çox tələbatı olduğundan tərə bu mövsüm üçün ən münasib qida məhsuludur. Gündəlik olaraq qida rasionunuza az miqdarda tərə göyərtisi daxil edin və sağlamlığınızın qayğısına qalın.