Rusiyalı “general” həbs edildi

14 Mart 2015 10:36 (UTC+04:00)


AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı İnterfaks agentliyi yayıb.

Bu faktı Tacikistan Daxili İşlər Nazirliyi də təsdiq edib.

Məhmədəli Davlatşoyev adlı şəxs özünü Rusiyanın Korrupsiyaya qarşı Mübarizə Komitəsinin "general mayor"u kimi təqdim edərək Tacikistanın Xatlon vilayətində yerli sakinlərin torpaq problemlərini "həll etməyə" çalışıb və onlardan 20 min dollar götürüb.


Tacikistan Daxili İşlər Nazirliyindən bildiriblər ki, Davlatşoyev aldığı pulları öz ehtiyaclarını ödəmək üçün xərcləyib və xüsusilə bahalı xarici avtomobillər alıb.