Pakistandan bizə Qarabağ dəstəyi

14 Mart 2015 17:02 (UTC+04:00)


Bunu Bakıda rəsmi səfərdə olan Pakistan prezidenti Məmnun Hüseyn Trend BİA, "AzTV" telekanalı və AzərTAc-a müsahibəsində deyib.

Prezident bildirib ki, Pakistan Azərbaycanı müstəqil dövlət qismində tanınmış ilk ölkələrdən biridir:

"Əvvəldən Azərbaycan dövləti və xalqı ilə çox səmimi münasibətlərimiz olub. Biz Azərbaycanın ədalətli hesab etdiyimiz mövqeyini həmişə dəstəkləmişik".

M.Hüseyn qeyd edib ki, Pakistan Dağlıq Qarabağ münaqişəsi məsələsində Azərbaycanı həmişə dəstəkləyəcək: "Cammu və Kəşmir məsələlərində bizi həmişə dəstəkləyən Azərbaycan xalqı və hökumətinə təşəkkür edirik və buna görə çox şadıq".