“Mançester Yunayted”dən inamlı qələbə

8 Oktyabr 2012 04:39 (UTC+04:00)

İngiltərə Premyer Liqasında VII turun oyunları dünən başa çatıb. AzNews.az xəbər verir ki, turun maraqlı qarşılaşmalarından biri "Nyukasl" və "Mançester Yunayted" komandaları arasında baş tutub. Özlərini qonaq kimi aparmayan Mançesterlilər ilk dəqiqələrdən rəqibin qapısına yol tapa biliblər.

8 və 15-ci dəqiqələrdə vurulan toplar oyunun talehini deməy olar ki həll edib. Ancaq bununla kifayətlənməyən 19 qat İngiltərə çempionları 71-ci dəqiqədə daha bir top vuraraq yekun nəticəni müəyyən ediblər. Matç 3:0 hesabi ilə "Mançester Yunayted"in xeyrinə başa çatıb.
Ötən gün baş tutan digər oyunlar:
"Sauzhempton" - "Fulhem" - 2:2
"Tottenhem" - "Aston Villa" - 2:0
"Liverpul" - "Stok Siti" - 0:0

Elman Bakuvi
AzNews.az