Siyəzəndə ağır yol qəzası- Ölən var

15 Mart 2015 12:21 (UTC+04:00)

AzNews.az Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Siyəzən rayonunda iki "KAMAZ" markalı yük avtomobillərinin toqquşması nəticəsində yol nəqliyyat qəza hadisəsi baş vermişdir.

Nəticədə yük avtomobilinin birinin sürücüsü 1991-ci il təvəllüdlü Zulfüqarov Etibar Tofiq oğlu müxtəlif bədən xəsarətləri ilə hadisə yerində vəfat etmişdir.

Meyit yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildən çıxarılaraq aidiyyatı qurumlara təhvil verilmişdir .