Ağdamda ağır yol qəzası- Sürücü öldü (FOTO)

15 Mart 2015 21:09 (UTC+04:00)

APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Əhmədağalı kəndində qeydə alınıb. 1971-ci il təvəllüdlü Quliyev Aqil Əhəd oğlu idarə etdiyi "Oka" markalı minik maşınını elektrik dirəyinə çırpıb.

Nəticədə nəqliyyat vasitəsi aşaraq yoldan çıxıb.

A.Quliyev hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı yerli hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.