Sabiq prezidentin oğluna 15 il iş verildi

15 Mart 2015 21:29 (UTC+04:00)


Musavat.com BBC-yə istinadən xəbər verir ki, Mehdi Rəfsəncani milli təhlükəsizliyə qarşı cinayətlərdə, həmçinin maliyyə sui-istifadələrində günahkar bilinib.

O sırada M. Rəfsəncani 2009-cu ildəki prezident seçkilərindən sonra ölkədə iğtişaşların qızışdırılmasında suçlu hesab edilib.

Mehdi Rəfsəncani 2012-ci ildə Böyük Britaniyadan vətəninə qayıtdıqdan sonra həbs edilmişdi.