İran 275 xüsusi təyinatlını Suriyadan geri çağırdı

8 Oktyabr 2012 05:08 (UTC+04:00)


İran Suriyada döyüşən xüsusi təyinatlılarını geri çagırdı. Bu barədə məlumatı Londonda dərc olunan "Sunday Times" qəzeti yayıb. Qəzetin məlumatına görə, səbəb ölkədə yaranan iqtisadi böhrandır.

"İranın Suriyaya göndərdiyi xüsusi təyinatlılar hökumət qüvvələri ilə bərabər müxalifətə qarşı vuruşurdu. Ancaq iqtisadi böhran səbəbindən İran onları Suriyada saxlamağı məqbul hesab etməyərərk geri çağırmalı olub" deyə qəzet yazıb.

Məlumatda bildirilir ki, İranın 275 xüsusi təyinatlısı artıq ölkəyə qayıdıb. Mütəxəssislər bunu İranın Əsəd rejiminə dəstəyinin və etimadının azalması ilə əlaqələndirirlər. İran həmçinin Suriya və Livandakı siyasi-hərbi qruplara maliyyə yardımını da dayandırmağa məcbur olub.

Müətəxəssislər belə hesab edir ki, İran neftinin xarici ölkələrə ixracının dayandırılması ilə rəsmi Tehran hər ay 3 milyard dollar itirir.

Alpər
AzNews.az