Rus qoşunları tam döyüş hazırlığına gətirildi

16 Mart 2015 12:30 (UTC+04:00)


AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "RİA Novosti" agentliyi müdafiə naziri Sergey Şoyquya istinadən yayıb.

Şoyqu belə əmrin Ali Baş Komandan Vladimir Putin tərəfindən verildiyini açıqlayıb.

Moskva şəhərinin müdafiəsini həyata keçirəm Milli Mərkəz İdarəsində çıxış edən nazir hərbi hazırlıq üçün cəlb edilən hərbçilərin və hərbi texnikaların da sayı haqda məlumat verib.

Qərara əsasən 38 min hərbçinin hərbi hazırlıq səviyyəsi yoxlanılacaq. Bunun üçün 3.36 min hərbi texnikadan (41 gəmi, 15 sualtı qayıq, 110 qırıcı təyyarə və helikopter) istifadə ediləcəyi də dəqiqləşdirilib.