ANS-in keçmiş əməkdaşı sayt açdı

16 Mart 2015 14:46 (UTC+04:00)


AzNews.az xəbər verir ki, Sivil.Az adlanan agentlik martın 13-dən fəaliyyətə başlayıb.

Sayta ANS-in keçmiş əməkdaşı Amil Hacıyev rəhbərlik edəcək. Bu barədə jurnalist saytımıza açıqlamasında bildirib: "Sivil.Az saytında Azərbaycanın ictimai, siyasi, sosial, mədəni və digər həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri oxucularına çatdıracaq. Həmçinin saytımızda müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları təqdim olunacaq. Saytımız siyasi və sosial qrupların heç birinə qarşı ayrı-seçkilik etməyəcək, tam obyektiv, müstəqil və şərhsiz xəbər istehsal edəcək. Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, QHT-ləri, hüquq-mühafizə orqanlarını fəal əməkdaşlığa dəvət edirik".

Xatırladaq ki. Amil Hacıyev bundan öncə Publika.az-ın baş redaktoru idi.