Müsavat üzvünə həbs cəzası - 6 il

16 Mart 2015 17:32 (UTC+04:00)


Lent.az-ın məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının qərarı ilə Sirac Kərimli 6 il müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Sirac Kərimli ötən il iyulun 17-də həbs olunub. O, Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, gəzdirmə) maddəsi ilə ittiham edilir.

S. Kərimlinin qardaşı Müsavat partiyası başqanının müavini Fərəc Kərimli də məhbus həyatı yaşayır.