TQDK nəticələri açıqladı

16 Mart 2015 18:21 (UTC+04:00)


AzNews.az Tələbə Qəbulu üzrə Dövlət Komitəsinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, nəticələr rezidenturaya qəbul imtahanının birinci mərhələsində iştirak edən şəxslərə aiddir. İmtahanda iştirak etmiş namizədlər imtahan nəticələri ilə TQDK-nın internet saytına daxil olaraq və ya iş nömrələrini 7727 nömrəsinə göndərməklə tanış ola bilərlər.

Nəticələrə əsasən, imtahanda iştirakı nəzərdə tutulan 1245 nəfər namizəddən 33 nəfəri imtahana gəlməyib. 1000 nəfər namizəd 1-ci mərhələnin müsabiqə şərtini (30 və daha yüksək bal) ödəyərək ikinci mərhələyə buraxılıb. Ən yüksək nəticə 86 bal olmuşdur.

Qeyd edək ki, rezidentura səviyyəsinə qəbul imtahanının II mərhələsi iyulun 07-də keçiriləcək və namizədlərin ixtisas fənləri üzrə bilikləri yoxlanılacaq.