Bakıda daha bir beynəlxalq konfrans başladı

8 Oktyabr 2012 06:06 (UTC+04:00)
Bu gün Bakıda "Seysmiklik, zəlzələlərin proqnozu, tikililərin zəlzələyə davamlılığı" mövzusunda V beynəlxalq konfrans öz işinə başlayıb.

AMEA Geologiya İnstitutu və Respublika Seysmoloji Xidmət Mərkəzinin təşkilati dəstəyi ilə keçirilən konfrans Azərbaycanda seysmoloji xidmətlərin yaranmasının 110 illiyinə həsr olunub. Konfrans öz işini oktyabrın 12-nə kimi seksiyalar üzrə davam etdirəcək.

Qeyd edək ki, konfransda Azərbaycan alimləri ilə yanaşı ABŞ, Kanada, Əlcəzair, BƏƏ, Almaniya, Belarus, Bolqarıstan, Rusiya, Yunanıstan, Səudiyyə Ərəbistanı, Türkiyə, Misir, İordaniya, İran, İsveçrə, Ukrayna, Qazaxıstan, Qırğızıstan və Özbəkistanlı alimlər də elmi məruzələrlə çıxış edəcək.

Sevinc Fədai
AzNews.az