Rektorun döyülən qızı danışdı:

17 Mart 2015 10:25 (UTC+04:00)


AzNews.az xəbər verir ki, Ü.İsayeva bu barədə öz facebook hesabında yazıb. O, yayılanları provakativ xəbər adlandırıb: "Provakativ xəbərlərə çox inanmayın. Hər şey yaxşıdır, mən ölməmişəm, sağam, sağlamam, bütün hamıya cavab verməyi çatdırmıram. Narahat olduğunuz üçün təşəkkür edirəm".

Qeyd edək ki, Xəzər Universitetinin rektorunun qızı Ülkər İsayevanın 09.03.2015 ci il tarixdə Bakı şəhəri Səbail rayonu Azadlıq prospekti ilə Üzeyir Hacıbəyov küçəsinin kəsişməsində iki qardaş tərəfindən döyülərək fiziki işgəncəyə məruz qalması barədə məlumatlar yayılıb.