Rektorun qızının işinə baxan hakim: “İstintaq başa çatmayıb“

17 Mart 2015 12:02 (UTC+04:00)


AzNews.az xəbər verir ki, bunu Arqument.Az-a açıqlamasında Xətai rayon Məhkəməsinin hakimi Raziyə Ataşova Xəzər Universitetinin rektoru Hamlet İsaxanlının qızı Ülkər İsayeva ilə bağlı yayılan iddialara cavab olaraq bildirib.

Onun sözlərinə görə, istintaq hələ də yekunlaşmayıb: "Fakt varsa, cinayət sübuta yetiriləcək. Hazırda Bakı Apelyasiya Məhkəməsində işə baxılır, nəticəni gözləsəniz daha yaxşı olar.

O ki qaldı Ülkər İsayevaya, onu dindirmişəm və heç bir şikayəti olmayıb. O bildirib ki, döyülməmişəm, sadəcə müqavimət göstərdim, onlar da məni sakitləşdirib evə aparıblar. Yəni o, döyülmək faktını qəbul etmir. Biz də tərəfləri dindirib məhkəmə başlayana qədər onları sərbəst buraxmaq barədə qərar qəbul etmişik".