Baş nazir Azərbaycan ordusundan danışdı - Hesabat

17 Mart 2015 13:03 (UTC+04:00)


AzNews.az xəbər verir ki, Azərbaycan baş naziri Artur Rasizadə bu gün Milli Məclisdə hökümətin illik hesabatını təqdim edərkən belə deyib. O, Ermənistanın münaqişənin həllində tutuduğu mövqeyin mövcud status-kvonun saxlanmasına, məsələnin həllini qeyri-müəyyən müddətə uzadılmasına səbəb olduğunu vurğulayıb.

Baş nazir qeyd edib ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev bunu nəzərə alaraq ordu quruculuğunun daim təkmilləşdirilməsini və ordunun ən müasir silah-sursatla təmin edilməsini, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılmasını gündəlik nəzarətində saxlayır: "Son zamanlar hərbçilərimizin işğalçı erməni silahlı birləşmələrinin cəbhə xəttində törətdikləri təxribatlara verdiyi tutarlı cavablar Azərbaycan Ordusunun döyüş qabiliyyətinin gündən-günə artdığının əyani sübutudur".

A.Rasizadənin hərbi quruculuq və milli ordu ilə bağlı məsələlərin bütün dövlət orqanlarının, digər qurumların və cəmiyyətimizin daim diqqət mərkəzində saxlanılmalı olduğunu bildirib: O, Silahlı Qüvvələrə Yardım Fonduna toplanılan könüllü ianələrin ilbəil artmasını Milli Orduya göstərilən hərtərəfli ümumxalq dəstəyinin təzahürü kimi qiymətləndirib.