“Sən nə vaxtdan hacı olmusan?” – Parlamentdə mübahisə

17 Mart 2015 13:31 (UTC+04:00)



AzNews.az xəbər verir ki,mübahisə millət vəkili Zahid Orucla spiker Oqtay Əsədov arasında düşüb. Belə ki, Z.Oruc spikerdən reqlamentdə nəzərdə tutulandan 5 dəqiqə artıq danışması üçün şərait yaradılmasını xahiş edib. O, bildirib ki, Həccdə olmuş bəzi deputat həmkarları də öz çıxış vaxtlarını ona verib və əmindir ki, spiker də buna etiraz etməz.

Spikerin isə ona cavabı belə olub: "Sən nə vaxtdan hacı olmusan? Kim vaxtını sənə verib?".
Zahid Oruc həmkarı Hacı Madər Musayevin adını çəkib.
"Hacı Madər Musayev mənə söz verib ki, növbəti 5 illiyə deputat seçilsək bütün çıxış vaxtlarını mənə verəcək".
Oqtay Əsədov Zahid Orucun sözünü yarıda kəsib: "Elə ona görə də o imkanı sənə verməyəcəm. 5 dəqiqəlik danış".
Bundan sonra Z Oruc çıxışına davam edib.