Salyanda həyətyanı sahələrə su doldu

17 Mart 2015 20:59 (UTC+04:00)
Nazirliyin "Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinə" daxil olmuş məlumata əsasən, Salyan şəhərində yağan yağışın nəticəsində həyətyanı sahələrə su dolub.

FHN-in müvafiq qurumları qeyd olunan ərazilərdə suyun çəkilməsi işlərinə cəlb olunublar. Əməliyyat saat 18:00-da başa çatıb.