Gənc futbolçu qəzada öldü- FOTO

17 Mart 2015 21:11 (UTC+04:00)


ANS PRESS-in məlumatına görə, hadisə İzmirin Buca qəsəbəsində baş verib.

Sürücü sükana nəzarəti itirib və avtomobil aşıb. Nəticədə "Bucaspor"un U-17 komandasının 17 yaşlı üzvü Ömer Teymur həlak olub, 3 dostu ağır yaralanıb.

Ömer Teymur Türkiyənin perespektivli futbolçularından sayılırmış. Hazırda faktla bağlı araşdırmalar davam edir.