İlham Əliyevin Türkiyəyə səfəri başa çatdı- FOTOLAR

17 Mart 2015 23:14 (UTC+04:00)

Qars şəhərinin beynəlxalq hava limanında dövlətimizin başçısı İlham Əliyevi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yola saldı.

Dövlətimizin başçısı İlaxır çərşənbə münasibətilə Türkiyə Prezidentini təyyarəyə çay süfrəsinə dəvət etdi.

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təyyarədə çay süfrəsi arxasında söhbət etdilər.