Azərbaycanlı aktrisa ilin “ən yaxşı modeli” oldu

18 Mart 2015 10:29 (UTC+04:00)


AzNews.az xəbər verir ki, G.Musayevaya yaxın günlərdə Kipr Universitetinin mükafatı da təqdim ediləcək. Universitet tələbələrinin arasında keçirilən qapalı səsvermə ilə həmyerlimiz ilin ən yaxşı modeli kimi mükafat alacaq.

Bu yaxınlarda Bakıda qonaq olan və "Baku Fashion Nights"da modelyerlər Gülşən İbrahimova, Gülnarə Xəlilova və Yıldırım Mayrukun nümayişlərində çıxış edən model martın 22-də yenidən şəhərimizin qonağı olacaq.


G.Musayeva Nizami Kino Mərkəzində media nümayəndələri ilə də görüşməyi düşünür. Aktrisa rol aldığı "Kod adı KOZ" filminin təqdimatı üçün Bakıya gələcək. Mətbuat konfransında model bir çox məqamlara aydınlıq gətirəcək.

Bahar RÜSTƏMLİ
AzNews.az