Çaves yenə uddu

8 Oktyabr 2012 07:18 (UTC+04:00)


Venesulleda prezident seçkiləri yekunlaşıb. AzNews.az-ın vesti.ru saytına istinadən verdiyi xəbərə görə, seçici bülletenlərinin 90 faizi artıq hesablanıb.

Məlumata görə, müxalif rəqib sayılan Enrike Kapriles Çavesə 10 faizlik fərqlə uduzub. Atıq keçmiş və yeni prezidentin tərəfdarları Çavesin qələbəsini küçələrdə qeyd edirlər. Onun şərəfinə atəşfəşanlıq təşkil edilib, balladalar oxunub. Verilən digər məlumata görə, Kapriles də Çavesi təbrik edib və məğlubiyyətini qəbul etdiyini bildirib.

Qeyd edək ki, səhhətində böyük problemlər yaşayan Çaves tərəfdaşları önündə çıxışında medianın diqqətini çəkən fikirlər səsləndirib. O, tanrıdan sağlamlıq diləyib və bu ölkədə missiyasının hələ bitmədiyini deyib.

Sadiq Musa
AzNews.az