Səməd Vurğunun nəvəsi dünyasını dəyişdi

18 Mart 2015 12:58 (UTC+04:00)

AzNews.az Axar.az-a istinadən xəbər verir ki, 2009-cu ildən Səməd Vurğunun ev-muzeyinin direktoru vəzifəsində çalışan Aygün Vəkilova bu gün səhər saatlarında vəfat edib. O, bir müddət xərçəng xəstəliyindən əziyyət çəkib.

Qeyd edək ki, Aygün Vəkilova Azərbaycanın xalq şairi Səməd Vurğunun qızı Aybəniz Vəkilovanın qızıdır. A.Vəkilova dünyasını dəyişdikdən sonra şairin ev muzeyinə Aygün xanım direktorluq edib.

Onun cənazəsi bu gün saat 4-də Səməd Vurğunun Ev muzeyindən götürüləcək.