Almaniyada 350 etirazçı tutuldu (Yenilənib 3)

18 Mart 2015 16:31 (UTC+04:00)

AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı Reuters agentliyi yayıb.

Polis etirazı yatızdırmaq üçün su şırnağından və gözyaşardıcı qazdan istifadə edib. Nəticədə 350 etirazçı saxlanılaraq polis məntəqələrinə aparılıb.

Qarşıdurma zamanı 7 polis avtomobili yandırılıb. Polislər arasında xeyli sayda yaralının olduğu deyilir.


Xatırladaq ki, 400 nəfərə yaxın sakin Avropa Mərkəzi Bankının bu şəhərdə baş ofisinin açılışına etiraz edib.





***
14:45

Almaniyanın Frankfurt-na-Mayne şəhərində baş verən qarşıdurma zamanı yaralanan polislərin sayı 88 nəfərə çatıb.

AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "RİA Novosti" agentliyi yayıb.

Faktı şəhər polis idarəsi təsdiq edib: "Yerli sakinlərlə polislər arasındakı münaqişədə 1000-dən çox qanun pozuntusu aşkar edilib".

Qeyd edək ki, sakinlər Avropa Mərkəzi Bankının bu şəhərdə baş ofisinin açılışına etiraz edirlər.

***
13:05

Almaniyanın Frankfurt-na-Mayne şəhərində qarşıdurma yaranıb.

AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumat Rusiyanın "rt" saytı yayıb.

Yerli sakinlər Avropa Mərkəzi Bankının bu şəhərdə baş ofisinin açılışına etiraz edirlər.

Aksiyada iştirak edən 400 nəfər xeyli sayda avtomobili yandırıb. Hadisəyə müdaxilə edən polis əməkdaşlarından 2-nin yaralandığı deyilir. Etirazçılar ərazidən gözyaşardıcı qazla uzaqlaşdırılır.

Mayn çayı üzərindən keçən körpüdə nəqliyyatın hərəkəti tamamilə dayandırılıb.
Şəhər səması hazırda qara tüstü ilə doludur.