Sabaha olan hava Proqnozu

18 Mart 2015 15:21 (UTC+04:00)
sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Səhər bəzi yerlərdə zəif duman olacağı, gündüz cənub-şərq küləyi əsəcəyi, havanın temperaturunun gecə 2-4° isti, gündüz 7-10° isti, Bakıda gecə 2-4° isti, gündüz 8-10° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 50-55 % təşkil edəcək.

Azərbaycanın rayonlarında isə əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman, dağlıq və dağətəyi rayonlarda çiskinli olacağı ehtimalı var. Zəif şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 8-13° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 1-6° isti olacağı gözlənilir.

Martın 20-də ölkə ərazisində hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir.