Tunisdə ölən turistlərin kimlikləri bəlli oldu – VİDEO (Yenilənib 2)

18 Mart 2015 17:45 (UTC+04:00)


AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "Financial Times" qəzeti yayıb.

Məlumata görə, ölən 8 turistdən 6-sının (Böyük Britaniya-2, Fransa-1, İtaliya-1, İspaniya-1, Tunis-1) hansı ölkə vətəndaşı olduğu açıqlanıb.

Polşanın 4 vətəndaşı isə yaralı halda xəstəxanaya aparılıb.

***
16:45

Tunisdə 3 silahlı şəxs turistləri girov götürüb.

AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "Tuniscope" saytı yayıb.

Turistlərin Bardo şəhər milli muzeyinin daxilində girov götürüldüyü deyilir. Həmin vaxt içəridə 200 nəfər olub.

Hadisə zamanı atışma da qeydə alınıb. Bu zaman 8 nəfər qətlə yetirilib.


Faktı "Al Arabia" telekanalı da təsdiq edib. Tunis Daxili İşlər Nazirliyindən bildiriblər ki, ölənlərin hamısı turistlərdir.