Azyaşlı məhkumlar şəhər gəzintisində - FOTOLAR

18 Mart 2015 17:31 (UTC+04:00)


Ədliyyə Nazirliyi Penitensiar xidmətindən AzNews.az-a verilən məlumata görə, tərbiyə müəssisəsində nümunəvi davranışı ilə seçilən yetkinlik yaşına çatmayan məhkumların Novruz bayramı ərəfəsində müəssisənin hüdudlarından kənar gəzintisi təşkil olunub.
Yeniyetmələr – Məhərrəmov Yasin, Məmmədov Fazil və Qurbanlı Zamin gəzintidən əvvəl Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarı və Şəhidlər Xiyabanını ziyarət ediblər.

Məhkumlar Milli Parkda gəziblər və filmə tamaşa ediblər.