Əfv olunanlar arasında tanınmışlar da var - SİYAHI
18 Mart 2015 18:42 (UTC+04:00)
AzNews.az xəbər verir ki, Müsavat Partiyasının üzvü Şəhla Muxtarova, 2012-ci ildə Təhsil Nazirliyinin qarşısında "Hicaba azadlıq" adı ilə keçirilən aksiyada tutulan Ramil Vəliyev və NİDA vətəndaş hərəkatının üzvü Orxan Əyyubzadə də əfv olunanlar arasındadır.
Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) icraçı direktoru Bəşir Süleymanov da əfv olunanlar arasındadır.
Qeyd edək ki, Prezident İlham Əliyev bu gün əfv sərəncamı imzalayıb. Sərəncama əsasən 101 nəfər əfv olunub.