Qalmaqallı prezident bu ölkəyə gedir

18 Mart 2015 22:43 (UTC+04:00)


ANS PRESS-in məlumatına görə, Lavrov Çinin dövlət başçısı Şi Cinping və Şimali Koreya lideri Kim Çen Inın Moskvaya gələcəyini bildirib.

Bu Şimali Koreya liderinin ilk xarici səfəri olacaq. Sergey Lavrov mayın 9-da keçiriləcək mərasimə 26 ölkənin rəhbərinin qatılacağını təsdiqləyib.

26 ölkə arasında Vyetnam, Yunanıstan, İsrail, Misir və Hollandiyanın da olduğu xəbər verilir.

Qeyd edək ki, son zamanlar Şimali Koreya və ənənəvi müttəfiqi Çin arasındakı əlaqələr nisbətən gərginləşib. Ancaq Şimali Koreya ilə Rusiya arasında münasibətlər yaxşılaşıb. Şimali Koreya və Rusiya 2015-ci ili iki ölkə arasında "dostluq ili" elan edib.

Moskvadakı mərasimə qatılacaq Çin və Şimali Koreya liderləri arasında görüşün də keçirilməsi istisna olunmur.