ABŞ-da məktəbdə atışma

18 Mart 2015 23:17 (UTC+04:00)


APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident Mesa şəhərində qeydə alınıb.

Yerli polisin məlumatına əsasən, xəsarət alanlardan birinin vəziyyəti ağırdır. Hazırda cinayətin iştirakçılarının tutulması ilə bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir. Hadisənin təffərüatları barədə geniş məlumat verilmir.