Milliyə yeni futbolçu

8 Oktyabr 2012 08:40 (UTC+04:00)
DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində oktyabrın 16-da Rusiya yığması ilə keçirəcəyi oyuna hazırlıq məqsədilə Bakıda təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının düşərgəsinə baxış üçün futbolçu dəvət olunub.

AzNews.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Almaniyanın "Preussen Munster" klubunun üzvü Dmitri Nazarov millinin düşərgəsində baxışdadır.

Elman Bakuvi
AzNews.az